Şahzadə Harrinin populyarlığı minimuma endi


Britaniya şahzadəsi Harrinin populyarlığı onun özü, həyat yoldaşı Meqan Markl və uşaqları haqqında sənədli serialın yayımlanmasından sonra minimuma enib. Bu barədə “The Daily Telegraph” qəzeti “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadla yazıb.


TASS-ın xəbərinə görə, 1677 britaniyalının iştirak etdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 59 faizi III Karlın kiçik oğluna mənfi, 33 faizi isə müsbət münasibət bəsləyir. Meqan Markla da sorğuda iştirak edənlərin 64 faizi mənfi, 25 faizi müsbət münasibət bəsləyir.

Hazırda cütlük, bu il məhkəmədə 17 yaşlı qızın zorlanması ilə bağlı ittiham olunan Şahzadə Endryu (III Karlın kiçik qardaşı) istisna olmaqla, Britaniya kral ailəsinin ən az populyar üzvləridir. Krallığın ən məşhurları Harrinin böyük qardaşı Uels şahzadəsi Uilyam və onun həyat yoldaşı şahzadə Ketrindir. Respondentlərin müvafiq olaraq 77 və 72 faizi onlara müsbət, 15 faizi mənfi münasibət bəsləyir.

Britaniyalıların Sasseks hersoqu və hersoginyasına münasibətləri dekabrın 8-də onların həyatı haqqında serialın birinci hissəsinin “Netflix” videoservisində premyerasından sonra yaranıb. Britaniya mediası cütlüyün tanışlığından və dərisinin rənginə görə krallıqda Marklın üzləşdiyi çətinliklərdən bəhs edən sənədli film layihəsinin ilk üç seriyasını tənqid edib. “The Daily Telegraph”ın kral ailəsinə yaxın mənbəyə istinadla yazdığına görə, filmdə Birləşmiş Krallığın “Britaniya imperiyası 2.0” ilə müqayisə edilməsi ölkə və kraliçanın (II Elizabet) varisləri üçün təhqiredicidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu