Şahzadə Harri ABŞ-dan deportasiya oluna bilər


Şahzadə Harri narkotik istifadəsini açıqladığına görə ABŞ vizasını itirə bilər.



Bu barədə "The Sun" yazıb.

Şahzadə Harri “Spare” adlı xatirə kitabında müxtəlif qanunsuz maddələrdən istifadə etdiyini bildirib. Amerika İrs Fondunun nümayəndələri bildiriblər ki, etiraf şahzadə Harrinin yaşayış icazəsi alarkən yalan danışdığını göstərir ki, bu da onun ABŞ-dan deportasiyası üçün əsas ola bilər.

Həmçinin Heritage Foundation hüquqşünası Samuel Dewey ABŞ hökumətini ölkəyə gələn məşhurlara xüsusi münasibətdə ittiham edib. Bayden administrasiyasının rəsmiləri bu ittihamları rədd ediblər.

"Spare" 10 yanvar 2023-cü ildə nəşr olunan, Susseks hersoqu Şahzadə Harrinin xatirə kitabıdır. Kitabda o, anası şahzadə Diananın ölümündən sonra narkotik qəbul etdiyini yazıb.

Fevralın sonunda ABŞ-ın keçmiş prezidenti Donald Tramp şahzadə Harrinin Böyük Britaniyanın keçmiş kraliçası II Yelizavetanın xatirəsinə, kral ailəsi haqqında hekayələrlə xəyanət etdiyini bildirib. Tramp şahzadə Harrinin viza prosesində pozuntulara yol vermiş ola biləcəyini də qeyd edib və onu müdafiə etməyəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu