Şahzadə Diananın paltarları ikinci əl mağazasından tapıldı - VİDEO
İngiltərənin cənub-şərqindəki Hempşird şəhərində fəaliyyət göstərən ikinci əl mağazasında Şahzadə Diananın üç ikonik paltarı tapılıb.
AFN.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Nəşrdə qeyd edilib ki, jurnalistlər şahzadənin üç ikonik paltarından üçünün Hempşirdə ikinci əl mağazasında tapıldığını öyrəniblər. Bunlar Şahzadə Diananın ötən əsrin 80-ci illərində geyindiyi paltarlardır. Onların arasında - Diananın 1982-ci ilin sentyabrında Braemar Highland Oyunlarında göründüyü uyğun damalı kətan paltarı, əri Şahzadə Çarlz və oğulları Harri və Uilyam ilə rəsmi portret çəkdirdiyi firuzəyi palto da var. Bu palto britaniyalı modelyerlər David və Elizabeth Emanuel tərəfindən şahzadə üçün xüsusi olaraq hazırlanmışdır. Diananın 1983-cü ildə Avstraliya və Yeni Zelandiya turu zamanı geyindiyi digər firuzəyi rəngli ipək paltarı da ikinci əl mağazasında olub.
Nəşr ikinci əl paltarları York hersoginyası Sara Ferqyusonun anasının götürdüyünü ehtimal edir. Daily Mail həmçinin ehtimal edir ki, şahzadə Diana paltarları dostu Sara Fergusona verib və sonuncunun anası nədənsə Diananın adından paltarları satmağı xahiş edib, lakin jurnalistlər yalnız üç paltarın olmasına təəccübləniblər. Digər bir müəmma isə Saranın anasının niyə paltarları ikinci əl mağazasına aparmağa qərar verməsidir.