Şahzadə Uilyam tacqoyma mərasimini planlaşdırır - İDDİA


Bu yaxınlarda Böyük Britaniyada III Çarlzın tacqoyma mərasimi keçirilib.


AFN.az The Sunday Times-a istinadən xəbər verir ki, bu əlamətdar hadisədən bir ay keçməmiş Şahzadə Uilyam artıq tacqoyma mərasimini planlaşdırır.

Mənbənin bildirdiyinə görə, şahzadə artıq mərasimdə “xalq andı” olmayacağını və mərasim zamanı baş verəcək bir çox başqa hadisələri açıqlayıb.

“O, həqiqətən də tacqoyma mərasimini gələcəkdə necə daha müasir etmək barədə düşünür. O, hesab edir ki, 20 ildən sonra və ya onun vaxtı gələndə tacqoyma Millətlər Birliyinin ölkələri və xalqlarını birləşdirməlidir”, - mənbə qeyd edib.

Qeyd edək ki, mayın 6-da Böyük Britaniya üçün bu ilin ən çox gözlənilən hadisələrindən biri baş verərək III Çarlzın tacqoyma mərasimi keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu