Keyt Middltonun tibbi qeydlərinin olduğu fayla daxil olmağa çalışdılar - Araşdırmalar başlanıldı


Uels şahzadəsi Keyt Middltonun yanvarda əməliyyat olunduğu klinikada çalışan 3 əməkdaşın şahzadənin tibbi sənədlərinə daxil olmağa çalışdığı iddiası ilə istintaq başladılıb.



İngiltərənin "Daily Mirror" qəzetinin əldə etdiyi məlumata görə, şahzadənin əməliyyat olunduğu "The London Clinic"də çalışan 3 işçi sağlamlıq vəziyyəti dəqiqləşdirilməyən şahzadənin şəxsi tibbi qeydlərinin olduğu fayla daxil olmağa çalışıb.

Yanvarın 29-da şahzadənin klinikadan buraxıldıqdan sonra baş verdiyi iddia edilən insidentdən barədə klinika öz daxili araşdırmasına başlayıb. Əlavə olaraq insident barədə şəxsi məlumatların qorunması məsələlərini tənzimləyən və araşdıran İnformasiya Komissarlığı (IOC) də araşdırmaya başlayıb.

"Daily Mirror" həmçinin London Metropolitan Polisinin də araşdırma başlaya biləcəyi barədə məlumat paylaşıb.

Şahzadə Keytin məxfi saxlanılan və yalnız xəstələrin icazəsi ilə görülə bilən faylına daxil olmaq cəhdi eyni klinikada prostat böyütmə əməliyyatı keçirən Kral Çarlzın məlumatlarının təhlükəsizliyi məsələsini də gündəmə gətirib.

Xəstəxana mənbələri Kral Çarlzın dosyesi ilə bağlı heç bir riskin olmadığı barədə məlumat paylaşıb.

Qeyd edək ki, İngiltərədə xəstələrin tibbi sənədlərinə yalnız xəstənin razılığı ilə baxmaq olar. Razılıq olmadan qeydlərə baxmaq və paylaşmaq cinayət sayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu