Quterreş Şimali Koreyanın ballistik raket buraxmasını qətiyyətlə pisləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasını kəskin şəkildə pisləyib.
Quterreşin reaksiyası ilə bağlı BMT sözçüsü tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada Şimali Koreyanın davam edən raket atışlarının BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrini pozduğu qeyd edilərək, "BMT-nin baş katibi Koreya yarımadasındakı vəziyyətdən narahatdır" ifadəsi işlədilib.
Açıqlamada Quterreşin gərginliyin azaldılmasını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etdiyi bildirilib və diplomatik əlaqənin yeganə variant olduğu vurğulanıb.
Qeyd edək ki, Şimali Koreya Yaponiya dənizinə (Şərq dənizi) qitələrarası ballistik raket atıb.
Mənbə: AA