Şimali Koreya Yaponiyaya ballistik raket atdı


Şimali Koreya Yapon dənizinə ballistik raket atıb.


AFN.az-ın xəbərinə görə, “Reuters”in Cənubi Koreya ordusuna istinadən yaydığı məlumatda bildirilir ki, raket artıq dənizə çatıb.

KXDR-in daha iki ballistik raket buraxmağa hazırlaşdığı bildirilir. Yaponiya Sahil Mühafizəsi bununla bağlı xəbərdarlıq edib.

Hadisətə BMT-nin baş katibi Antoniu Quterreşin münasibəti gecikməyib. Quttereş Şimali Koreyanın həmləsini pisləyib və rəsmi Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə səsləyib.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində bildirilir ki, A.Quttereş Şimali Koreyanın daha bir qitələrarası mənzilli ballistik raketi Yapon dənizinə buraxmasını qəti şəkildə pisləyir: "Baş katib Pxenyanı hər hansı növbəti təxribatçı hərəkətlərdən dərhal imtina etməyə, Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə və davamlı sülhə, Koreya yarımadasının tam, yoxlanıla bilən nüvəsizləşdirilməsinə aparan dialoqu bərpa etməyə çağırır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu