Şimali Koreya ballistik raket atıb


Yaponiya Baş Nazirlik Ofisi Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb.

Baş nazirlikdən təcili xəbərdarlıq başlığı ilə verilən açıqlamada Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonası xaricindəki sulara düşüb.

Qeyd edək ki, Şimali Koreya daha əvvəl Cənubi Koreya, ABŞ və Yaponiya ilə gərginliyi çərçivəsində ballistik raketlər buraxmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu