Yunanıstanda son 15 ilin ən quraq oktyabrı yaşanıb
Bu ilin oktyabr ayında Yunanıstanda yağıntının ümumi miqdarı son 15 ilin ən aşağı səviyyəsində olub.
Yunanıstan Meteorologiya İdarəsi son 15 ildə ölkə daxilində 118 ölçmə stansiyasında edilən yağış ölçmələrini qiymətləndirən bir hesabat hazırlayıb.
Hesabatda yer alan məlumatlara görə, bu ilin oktyabr ayında yağıntıların ümumi miqdarı son 15 ilin ən aşağı səviyyəsində olub.
Ölkədəki 118 ölçmə stansiyasından 95-də edilən qeydlərdə ya yağıntının olmadığı, ya da çox az yağıntının olduğu müəyyən edilib.
Son illərin ən quraq yayının yaşandığı ölkədə bəndlərdə suyun səviyyəsində ciddi azalma müşahidə olunur. İllərdir bənd suları altında qalan kəndlər və tikililər suyun səviyyəsinin azalması səbəbindən yenidən gün üzünə çıxır.
Mənbə: AA