Yunanıstanın bəzi bölgələrində son 14 ilin ən isti aprel ayı yaşanıb
2010-cu ildən bəri ən isti aprel ayı Yunanıstanın Tesalya bölgəsi, Peloponnes yarımadası və Egey adalarında yaşanıb.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu haqda Yunanıstan Meteorologiya İdarəsinin 2010-cu ildən bəri apardığı müşahidələri qiymətləndirən hesabatında bildirilir.
Məlumata görə, bu ilin aprel ayında Tesalya, Peloponnes yarımadası və Egey adalarında orta temperatur son 14 ilin ən yüksək səviyyəsinə çatıb.
Tesalya və Şimali Yunanıstanda aprel ayı temperaturu mövsüm normalarından 3 dərəcə yuxarı qalxıb, Ege adaları üçün bu rəqəm orta hesabla 2,4 dərəcə olub.
Tinos, Xanthi və Tirhala (Trikala) şəhərlərində havanın temperaturu 25 gün ərzində mövsümi normadan yüksək olaraq qalıb.
2023-cü ilin iyun ayında rekord temperaturun müşahidə edildiyi və rütubətin aşağı olduğu Yunanıstanda çoxlu meşə yanğınları baş verdi. 15-31 iyul tarixləri arasında ölkədə baş verən 7 iri meşə yanğınında 470 min dekar meşə sahəsi yanaraq külə dönüb.