2023-cü il tarixdə ən isti il ​​ola bilər


Kopernik İqlim Dəyişikliyi Xidməti 2023-cü ilin rekordların ən isti ili ola biləcəyini, 2023-cü ilin sentyabrının isə ən isti sentyabr ayı kimi qeyd edildiyini açıqlayıb.


Xidmətin məlumatlarına görə, ilin 9 ayında aparılan ölçmələrlə 2023-cü il, daha əvvəl ən isti il ​​olaraq təyin olunan 2016-cı ili geridə qoyaraq, rekordların ən isti ili olub.

Yanvar-sentyabr aylarında orta temperatur 2016-cı ildən 0,05 dərəcə yüksək olub.

Beləliklə, 2023-cü ilin ən isti il ​​ola biləcəyi bildirilib.

Ötən ay havanın temperaturu 16,38 dərəcə olub ki, bu da orta göstəricidən 0,93 dərəcə yüksək olub.

Bu, 2020-ci ildə ölçülən ən isti sentyabr ayından 0,5 dərəcə çox olub. Beləliklə, 2023-cü ilin sentyabr ayı ən isti sentyabr ayı kimi qeydə alınıb.

Avropa üçün ötən ay həm də 2020-ci illə müqayisədə 1,1 dərəcə artımla ən isti sentyabr ayı olub.

Bundan əlavə, Pireney yarımadası, İrlandiya, İngiltərənin şimalı, Skandinaviya və Yunanıstanda "Daniel" fırtınasından təsirlənən yağışlar sentyabrın orta göstəricisindən çox olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu