NASA: Ən isti iyul ayı son 5 ildə yaşanıb
NASA alimləri apardıqları ölçmə işləri ilə qeydlərin aparıldığı 1880-ci ildən bəri ən isti ayın 2023-cü ilin iyul ayı olduğunu təsdiqləyiblər. Son 5 ildə ən isti 5 iyulunun yaşandığı da alimlərin hesablaması ilə təsdiqlənib.
"Ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın qeyd etdiyi bütün digər iyullardan 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul ayından isə 1,18 dərəcə isti olub" - deyə NASA-nın bəyanatında bildirilir.
Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə isti olduğunu ifadə edən NASA, bu bölgələrdə temperaturun ortalamanın təxminən 4 dərəcə üzərində artdığını bildirib.
Temperaturda rekord qıran 2023-cü ilin iyul ayında xüsusilə son 40 ildə özünü büruzə verən uzunmüddətli insan səbəbli istiləşmə tendensiyasının davam etdiyi ortaya çıxıb.
NASA-nın meteorologiya stansiyalarından əldə edilən səth hava istiliyi məlumatlarına görə, son 5 ildə 1880-ci ildən bəri ən isti 5 iyul ayının yaşandığı vurğulanıb.