Yunanıstan son illərin ən quraq iyununu yaşadı


Bu ilin iyun ayında Yunanıstanda mövsümi normadan artıq quraqlıq olub.



Yunanıstan Meteorologiya İdarəsinin dərc etdiyi hesabatda, ölkədəki yağış ölçmə mərkəzləri tərəfindən müəyyən edilən 2007-2023-cü illər dövrünə aid iyun yağış ortalamaları bu ilin iyun ayı ortalaması ilə müqayisə edilib.

Məlumata görə, 2007-2023-cü illər ərzində Afinanın mərkəzində orta yağıntı 21 millimetr olduğu halda, bu ilin iyun ayında bölgəyə yağıntı düşməyib. 2007-2023-cü illərdə orta yağıntının miqdarı 40 millimetr olan Livadiya və orta yağıntının miqdarı 35 millimetr olan Spartaya da bu ilin iyun ayında yağış yağmayıb.

Müəyyən edilib ki, iyun ayında ölkə üzrə yağıntılar 2007-2023-cü illərin orta göstəricisindən xeyli az olub.

Yunanıstan Meteorologiya İdarəsinin dünən açıqladığı hesabatda 2010-cu ildən bu yana ölkədəki 53 meteoroloji stansiyada edilən müntəzəm ölçmələrdə təyin olunan iyun ayı temperatur ortalamaları araşdırılıb və bu ilin iyun ayı temperatur ortalamalarının 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatdığı qeyd edilib.

Müəyyən edilib ki, iyun ayında havanın orta temperaturu bəzi rayonlarda digər illərin orta göstəricisindən 4,8 dərəcə yüksək olub.

Digər tərəfdən gündəlik analizdə 2010-cu ildən bəri iyun ayında ölçülən ən isti günlər 53 meteoroloji stansiyanın 11-də qeydə alınıb.

Rodos adasındakı Lindos kəndində yerləşən meteoroloji stansiya iyun ayında ölçülən ən yüksək temperaturu 43,6 dərəcə ilə göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu