830 mindən çox livanlı döyüşlər səbəbindən evlərini tərk edib
830 mindən çox Livan sakini Hizbullah hərəkatı ilə İsrail arasında münaqişə və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
AFN.az-ın xəbərinə görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
2023-cü il oktyabrın 8-dən indiyədək 834 746 məcburi köçkün olub ki, onların da 52%-i qadınlar, 48%-i isə kişilərdir.
Sənəddə o da qeyd olunur ki, məcburi köçkünlərdən 189 298 nəfəri müvəqqəti olaraq 1100 sığınacaqda yerləşdirilib, onlardan 935-i və ya 84%-i artıq tam məskunlaşıb.