Mask seçki ilə bağlı məhkəməyə çağırılıb


Amerikalı milyarder və ixtiraçı İlon Mask tərəddüdlü ştatlarda seçicilər üçün keçirilən uduş püşkatması ilə bağlı məhkəməyə çağırılıb.


AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) iş materiallarına istinadən məlumat yayıb.

Məhkəmədən İlon Maska cümə axşamı səhər Filadelfiyada keçirilən məhkəmə iclasında tərəddüdlü ştatlarda seçicilərə 1 milyon dollar paylanmasına etiraz edən iddiada cavabdeh qismində iştirak etmək üçün çağırış gəlib.

Məhkəmə prosesi oktyabrın 31-də prezident seçkilərində əsas regionlardan biri olan Pensilvaniya ştatının paytaxtı Filadelfiyada keçiriləcək.

Mask bir neçə gün əvvəl Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyasında Donald Trampı dəstəklədiyini açıqlayıb. O qeyd edib ki, demokratlar söz azadlığını məhdudlaşdırmaq istəyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu