İspaniyada daşqın nəticəsində ölənlərin sayı 140-a yüksəlib
Ölkənin şərq və cənub bölgələrini, xüsusilə də İspaniyanın şərqindəki Valensiya bölgəsini vuran sel və daşqınlarda ölənlərin sayı 140-a yüksəlib.
İspaniyanın rəsmi xəbər agentliyi EFE hökumət mənbələrinə istinadən sel fəlakətində ölənlərin sayının 140-a yüksəldiyini, əksəriyyətinin Valensiyada olduğunu açıqlayıb.
Xəbərdə hələ də çox sayda itkin düşdüyü vurğulanıb və ölənlərin sayının artacağından narahatlıq var.
Müdafiə Nazirliyi də hazırda təbii fəlakət bölgəsində 1064 əsgərin axtarış-xilasetmə işlərində çalışdığını və çoxlu sayda insanın itkin düşdüyünü açıqlayıb.
Mənbə: AA