Konqoda daşqınlar nəticəsində ölənlərin sayı artıb


Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 438-ə yüksəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, KDC hökumət sözçüsü Patrick Muyaya, keçən həftə Cənubi Kivu əyalətinin Buşu və Nyamukubi kəndlərində baş verən sel fəlakəti nəticəsində itən 26 nəfərin cansız bədəni ilə ölənlərin sayının 438-ə yüksəldiyini söyləyib.

Daşqın nəticəsində itənlərin sayı ilə bağlı hələlik rəsmi rəqəmin olmadığını bildirən Muyaya əlavə edib ki, qeyri-hökumət təşkilatlarının məlumatına görə, 4000-dən çox adam hələ də itkin düşüb.

Ötən həftə bölgəyə yağan güclü yağışlar Çibira çayının daşmasına səbəb olub.

Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu