Bolqarıstanda daşqın nəticəsində həyatını itirənlərin sayı 4-ə çatıb


Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib, bölgədə infrastruktur ciddi şəkildə zədələnib.


Bolqarıstan mediasının verdiyi xəbərə görə, Burqas şəhərinin yerli rəsmilərindən Emil Pavlov Qara dənizin Tsarevo qəsəbəsində yağan güclü yağışın səbəb olduğu daşqınlarla bağlı mətbuata açıqlama verib.

Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayının 2-dən 4-ə yüksəldiyini qeyd edən Pavlov itkin düşənlərin olmadığını bildirib.

Tsarevo meri Georgi Lapçev daşqınlar nəticəsində bölgədəki infrastrukturun ciddi şəkildə zədələndiyini deyib.

Lapçev sel sularının rayonda bəndlərin divarlarına vurduğu ziyanla əlaqədar təcili təmir işlərinə başlanılacağını və işıqsız yaşayış məntəqəsinin olmadığını bildirib.

Lapçev sakinlərə xəbərdarlıq edib ki, hələlik krandan su içilməsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu