Almaniya İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib


Almaniya İranın Almaniya vətəndaşı Cəmşid Şarmehdi edam etməsinə cavab olaraq Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib.



Almaniyanın xarici işlər naziri Annalena Baerbok Nyu-Yorkda verdiyi açıqlamada ABŞ-da yerləşən rejim əleyhinə təşkilatın rəhbəri olduğu iddia edilən və ölkədə terror aktları törətməkdə ittiham olunan İran-Almaniya vətəndaşı Cəmşid Şarmehdin İran tərəfindən edam edilməsinə növbəti dəfə reaksiya verib.

Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələrə səbəb olacağını dəfələrlə Tehrana açıqladıqlarını bildirən Baerbok, "Bu səbəbdən İranın Frankfurt, Münhen və Hamburqdakı 3 baş konsulluğunu bağlamaq qərarına gəldim" deyib.

Almaniyanın Tehrandakı səfirliyinin açıq qalacağını bildirən Baerbok, “Çünki onların bağlanması belə rejimlərə edə biləcəyimiz ən böyük yaxşılıq olacaq” qeyd edib.

Bununla da 32 iranlı konsulluq məmuru bu vəziyyətdən təsirlənəcək və Almaniya vətəndaşlığı olmasa, yaşayış hüquqlarını itirərək ölkəni tərk etməli olacaqlar.

Almaniya hökuməti indiyədək yalnız bir dəfə belə cəza tədbirlərinə əl atıb, Ukraynaya hücum nəticəsində Rusiyanın 4 baş konsulluğunu bağlayıb.

Bununla belə, İranın Berlindəki səfirliyi açıq qalacaq və Almaniyadakı 300 000 iranlı orada konsulluq xidmətlərini almağa davam edə bilər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu