Almaniya ABŞ və Böyük Britaniyanın Yəmənə aviazərbələrini dəstəkləyir


Almaniya hökumətinin ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi hava zərbələrini dəstəklədiyi bildirilir.


Yerli medianın məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Malayziyanın paytaxtı Kuala Lumpurda verdiyi açıqlamada, ABŞ və tərəfdaşlarının husilərin hücumlarda istifadə etdiyi infrastruktura qarşı birbaşa və məhdud hərbi əməliyyatlar apardığını bildirib.

Baerbok bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə hüququna uyğun olduğunu qeyd edərək, "Cavab bizim siyasi dəstəyimizə malikdir" - deyə bildirib.

Husi hücumlarının beynəlxalq gəmiçiliyi təhlükəyə atdığını və dünya ticarətini təhdid etdiyini təkrarlayan Baerbok bildirib ki, husilər bununla onsuz da gərgin olan bölgədə vəziyyətin sabitliyinin pozulmasına töhfə verirlər.

Almaniyanın Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərdə iştirak edib-etməyəcəyi ilə bağlı Baerbok qeyd edib ki, Avropa İttifaqı (Aİ) Qırmızı dənizdəki sabitliyi necə gücləndirə biləcəyini və buna necə töhfə verə biləcəyini araşdırır və bu mövzuda AB çərçivəsində ortaq qərar qəbul edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu