HƏMAS yaraqlıları 8 Almaniya vətəndaşını əsir götürüb


Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları 8 Almaniya vətəndaşını əsir götürüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib.

Nazirin sözlərinə görə, Almaniya səfirliyi əsirlərin yaxınları ilə daim əlaqə saxlayır. O, bir daha HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb.

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, HƏMAS Qəzzada 150-yə yaxın adamı əsir saxlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu