HƏMAS Meksika vətəndaşlarını da əsir götürüb


Meksikanın xarici işlər naziri Alisiya Barcena HƏMAS-ın keçirdiyi əməliyyat zamanı iki Meksika vətəndaşının ələ keçirildiyini bildirib.


Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Sizə təəssüflə bildirirəm ki, İsraildəki səfirliyimiz bu şənbə günü Qəzza zolağında bir meksikalı qadın və bir meksikalı kişinin Həmas tərəfindən girov götürüldüyü barədə bizə məlumat verib" - deyə Barcena bildirib. Onun sözlərinə görə, XİN İsrail hakimiyyəti və ailə üzvləri ilə əlaqə saxlayır.

Bundan əvvəl İsrailin Vaşinqtondakı səfirliyi Fələstinin HƏMAS hərəkatının yaraqlılarının mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 İsrail sakinini qaçırdığını bildirib. Bunun fonunda İsrail Misirdən əsir götürülmüş israillilərin azad edilməsi üçün danışıqlarda vasitəçilik etməsini istəyib. Lakin Misirin bu təşəbbüsü uğursuzluqla nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu