HƏMAS ikili vətəndaşlığı olan onlarla israillini əsir saxlayır


Rusiya və Çin də daxil olmaqla, ikili vətəndaşlığı olan onlarla israilli Fələstinin radikal HƏMAS hərəkatının girovluğundadır.


Bu barədə hərəkatın sözçüsü Musa Əbu Mərzuk "Əl-Cəzirə" telekanalına məlumat verib.

Atəşkəsi müzakirə etməyə hazır olması ilə bağlı suala cavab olaraq o, bildirib ki, HƏMAS bütün siyasi dialoqlara açıqdır.

Daha əvvəl "Əl Hadath" telekanalı Fələstin hərəkatına istinadən xəbər vermişdi ki, radikallar tərəfindən əsir götürülən girovlar arasında ikili vətəndaşlığı olan çoxlu sayda insan var. "Al Hadath"a ötürülən mesajda hərəkat nümayəndəsi HƏMAS-ın əsir götürdüyü israillilərin hansı ölkələrin ikinci vətəndaşlığına malik olduğunu açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu