Əsir israilli hərbçilərin varlığı Benyamin Netanyahu üçün daima təzyiq aləti olacaq - ŞƏRH


Yaxın Şərqdəki olaylara fərqli reaksiyalar var. İran və Suriya birmənalı şəkildə HƏMAS qruplaşmasının İsrailə hücumunu dəstəkləyib. Türkiyə tərəfləri mülki insanların ölümünə yol açan müharibənin dayandırılması çağırışını edib. Oxşar açıqlama Rusiya və Çindən gəlib.


AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu prosesi şərh edib. Onun sözlərinə görə, bu dövlətlər həm də İsraillə bərabər Fələstin dövlətinin də tanınması vacibliyini bildiriblər: "ABŞ İsrailə əlavə silah və hərbi texnika göndərməyi planlaşdırır. Vaşinqton İsrailə qarşı ikinci cəbhə açmağa həvəs göstərən Hizbullah qruplaşmasını və onun arxasındakı gücləri xəbərdar edib".
Politoloq qeyd edib ki, bu müharibədə ən böyük problemlərdən biri əsir və girovların necə azad olunacağı məsələsidir. "HƏMAS qruplaşması onlarla israilli hərbçini əsir götürərək onları Qəzza bölgəsinə keçirib, İsrail isə Həmas qruplaşmasının onlarla üzvünü həbs edib. HƏMAS İsrail həbsxanalarındakı üzvlərinin tamamının sərbəst buraxılması qarşılığında israilli hərbçiləri azad etməyə razılaşa bilər. İsrail hökumətinin buna razılaşacağı ehtimalı azdır. Çünki İsrail onlarla hərbçisini geri qaytarmaq istəsə də, həbsxanalarındakı illərlə yatan minlərlə HƏMAS üzvünü sərbəst buraxmaq istəməyəcək. Ancaq əsirlikdə olan israilli hərbçilərin varlığı baş nazir Benyamin Netanyahu üçün daima təzyiq aləti olacaq" - deyə E.Şahinoğlu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu