HƏMAS hiyləgər gedişlə münaqişə tərəflərini genişləndirməyə çalışır - ŞƏRH


İsrail-Fələstin münaqişəsi səngimək bilmir.


Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumu ilə üzləşən İsrail cavab tədbirləri görməyə məcbur oldu. Ötən iki gündə hər iki tərəfdən yüzlərlə ölü, minlərlə yaralı var. Hazırda İsrailin başı cavab tədbirlərinə qarışsa da, hücumun arxasında başqa güclərin, başqa dövlətlərin olub-olmaması da müzakirə mövzusudur. Belə bir məqamda HƏMAS liderlərinin İran dövlətinə təşəkkür etmələri nəzərdən yayınmayıb. Politoloqlara görə, bu təşəkkür sadəcə diqqəti yayındırmaq
üçündür.

"HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir" - deyə siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasında və İranın işə daha fəal müdaxiləsində maraqlı olub: "Əlbəttə, İranın HƏMAS qruplaşmasına silah və sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç zaman bunu açıq şəkildə etiraf etməyib. HƏMAS liderləri isə İsrailə dolayı mesaj veriblər ki, onlar İranın dəstəyi ilə İsrailə hücum ediblər. İsrailin İrana zərbə vuracağı istisna deyil. HƏMAS qruplaşmasına da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu