KİV: Aİ Gürcüstanın ittifaqa üzvlük müraciətini dondura bilər
Gürcüstanda xarici agentlər haqqında qanun qəbul olunarsa, Avropa İttifaqı bu ölkənin ittifaqa üzvlük müraciətini dondura bilər.
AFN.az xəbər verir ki, "Financial Times" qəzeti bu barədə Avropa rəsmilərinə istinadən bildirib.
Siyasətçilərin fikrincə, Gürcüstanda xarici agentlər haqqında qanun qüvvəyə minərsə, Brüsselin Tbilisi ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarı çox güman ki, qeyri-müəyyən müddətə təxirə salınacaq.