Mübahisəli qanun Gürcüstan parlamentində qəbul edildi
Gürcüstanın parlament komitəsi mübahisəli qanunu qəbul edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Gürcüstan parlamentinin Hüquq Komitəsi xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə deputat Yekaterina Xerxeulidze məlumat verib.
Qeyd edək ki, Gürcüstanda həmin qanun layihəsi etirazla qarşılanıb. Bir neçə gündür ölkədə bununla bağlı aksiyalar keçirilir.