Parlament “Siyasi partiyalar haqqında” qanunu qəbul etdi


Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə olunub.


Qanun layihəsinin hazırlanmasında və təqdimatında yaxından iştirak etmiş vitse-spiker, komitə sədri Fəzail İbrahimli layihə barədə məlumat verib.

Deputat bildirib ki, sözügedən qanun layihəsi parlamentdə ən çox müzakirə olunan qanun layihəsidir. Layihənin Azərbaycanın demokratikləşməsi prosesinə töhfə verəcəyini deyən F.İbrahimli neqativ fikirlərin heç bir əsasının olmadığını qeyd edib.

Birinci vitse-spiker Əli Hüseynli və komitə sədri Zahid Oruc da qanun layihəsi ilə bağlı fikirlərini bildriblər. Deputat Sabir Rüstəmxanlı parlamentdəki müxalifət partiyalarından birinin sədri kimi söz alaraq layihə haqda yüksək fikirlər söyləyib. Komitə sədri Siyavuş Novruzov da qanun layihəsini “yekdil” adlandıraraq deyib ki, bu, Quran ayəsi də deyil, zaman-zaman zamanın tələblərinə uyğun olaraq dəyişikliklər ediləcək: “İndiyədək çox qanunlar qəbul etmişik. Amma “İlin qanunu” məhz “Siyasi partiyalar haqqında” Qanun olacaq”.

Bundan sonra spiker Sahibə Qafarova qanun layihəsini son oxunuşda səsverməyə çıxarıb. 1 nəfər əleyhinə olmaqla, qanun layihəsi qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu