Parlament 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə səs verdi


Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Əvvəlcə gündəlikdəki ilk məsələ, "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi təsdiqlənib.


Daha sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı və təsdiq edilib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

Komitə sədri Tahir Mirkişili bildirib ki, ikinci oxunuşda 22 deputat çıxış edib və qanun layihəsini dəstəkləyib. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini isə üçüncü oxunuşda komitə sədri Musa Quliyev təqdim edib. O, qanun layihələrini müdafiə etdiyi üçün həmkarlarına təşəkkürünü bildirib.

Layihələr səsə qoyuldu və qəbul edilib.

Müzakirələrdə hökumət üzvləri də iştirak edib. (Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu