Avropa İttifaqı Gürcüstanda etirazçıların qələbəsini alqışladı
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi hakim partiyanın xarici agentlər ı haqqında qanun layihəsini geri götürməsi barədə açıqlamasını alqışladığını bildirib.
“Biz hakim partiyanın Xarici Təsirlərə dair Şəffaflıq Qanun layihəsini geri götürmək barədə açıqlamasını alqışlayırıq. Biz Gürcüstandakı bütün siyasi liderləri namizəd statusuna nail olmaq üçün Gürcüstanın 12 prioritetinə uyğun olaraq inklüziv və konstruktiv şəkildə Avropayönlü islahatları bərpa etməyə çağırırıq”-bəyanatda belə deyilir.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin ofisi bu sənədi tənqid etdmişdi. Qanun layihəsinin Aİ-nin dəyər və standartları ilə bir araya sığmadığı və onun qəbulunun gələcək əlaqələr üçün ciddi nəticələrə səbəb ola biləcəyi bəyan edilib.
M.Vahidli