Gürcüstan parlamentində deputatlar arasında dava düşüb
Gürcüstanda hakim Gürcü Arzusu Partiyası ötən il Tbilisidə nümayişlərə və parlamentdə dava-dalaşa səbəb olan “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirib.
Gürcüstanda ötən il “xarici agent qanun layihəsi” kimi də xarakterizə edilən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentin hüquq komitəsində müzakirə edilib.
Hakim partiyanın bu il yenidən təqdim etdiyi qanun layihəsinə reaksiya verən müxalifət partiyalarından olan deputatlar komitə iclasında layihənin əleyhinə şüarlar səsləndiriblər.
Müxalifətdən olan deputatlar sözügedən qanun layihəsinin ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün təhlükə yaratdığını müdafiə edərək, qanunun təsdiq edilməməsi lazım olduğunu vurğulayıblar.
Gürcü Arzusu Partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradze sözügedən qanun layihəsini komitənin iclasında təqdim edib.
Müxalifətin “Vətəndaşlar” partiyasından olan deputat və qanun layihəsinə reaksiya verən Aleko Elisaşvili çıxış edən Mdinaradzeni yumruqlayıb.
Dava səbəbindən yarımçıq qalan sessiya bir neçə dəqiqə sonra davam edib.