Gürcü deputatlar plakat açdılar: “Rusiya hərbi gəmisi, rədd ol!"


Gürcüstanda deputatlar parlamentdə “Rusiya hərbi gəmisi, rədd ol!" yazılmış plakat açıblar.


AFN.az "Georgia On-line"a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin hüquq məsələləri üzrə komitəsinin iclasında insident yaşanıb. Belə ki, xarici agentlər haqqında qanun komitədə qəbul edildikdən sonra müxalifəti təmsil edən deputatlar Salome Samadaşvili, Eka Xerkheulidze və Xatuna Samnidze komitənin iclasında üzərində "Rusiya hərbi gəmisi, get..." yazılmış plakat açıblar.

Bundan sonra məhkəmə icraçıları güc tətbiq etməklə deputat Salome Samadaşvilini komitənin zalından çıxarıblar. Komitənin iclasında qalmaqal davam edib və spiker Quram Maçaraşvilinin qanun layihəsini təqdim etməsinə icazə verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu