Bir neçə damcı ilə evdə bir milçək də qalmayacaq


Qarşıdan yay fəsli gəlir. Müxtəlif həşəratların dirçəlmə dövrü artıq başlayıb. Yəqin çoxlarınız havalar isinəndən bəri, milçək, ağcaqanad, qarışqa və s. həşəratların evə dolmasından əziyyət çəkirsiz.


AFN.az sizə onlardan qurtulmağın sadə yolunu izah edəcək. Bunun üçün insanlar müxtəlif üsullara əl atırlar ki, bunlardan biri və ən təhlükəlisi kimyəvi dərmanlardan istifadədir. Lakin maraqlıdır ki, bu dərmanların təsir müddəti cəmi 1-2 sutka olur. Sonradan yenə qapı-pəncərəni açıb sərinləmək istəsəniz, istidən daha böyük bəla ilə üzləşəksiniz. Nəzərə alsaq ki, müxtəlif viruslar dünyanı bürüyüb, ağcaqanad dişləməsi və milçək ayaqlarında daşınan mikroblar artıq bizi sadəcə iyrənməklə deyil, xəstələndirməklə təhdid edir. Bu baxımdan, onlardan canımızı nə qədər tez qurtarsaq, o qədər yaxşıdır.

Xüsusilə milçəklərin zəhlətökənliyinə qarşı ən yaxşı effektiv vasitə mixək yağıdır. Pərdələrə, pəncərə şüşələrinə, qapı tinlərinə, bir sözlə, həşəratların evə daxil olma ehtimalı olan hər yerə mixək yağı sürtməyiniz kifayətdir. Əgər siz mixək yağını pambığın üzərinə damcıladıb otaqların müxtəlif yerlərinə qoysanız, uzun müddət həşəratların evinizə girməsini əngəlləmiş olacaqsınız. Milçəklər xüsusilə mentol və müxtəlif bitki qoxularını sevmirlər. Bunlara ən çox lavanda, evkalipt, mixək və portağal qabığı qoxuları daxildir. Bu qoxuları da gün ərzində evinizə səpərək ağcaqanadları dəf edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu