Husilər Qırmızı dənizdə 2 ABŞ esminesini, Hind okeanında 1 İsrail gəmisini hədəf alıblar


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə 2 ABŞ esminesini və Hind okeanında 1 İsrail gəmisini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıblar.


Husilərin hərbi sözçüsü Yəhya Seri televiziya kanalına verdiyi açıqlamada Qırmızı dənizdə 2 ABŞ esminesini İHA-larla hədəfə aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.

"Dəniz qüvvələri, raket qüvvələri və hava qüvvələrinin Qırmızı dənizdə birgə əməliyyatda CYCLADES gəmisi hədəf alınaraq vurulub. Bu gəmi aprelin 21-də Eylat limanına getdikdən sonra hədəf alınıb və gəmilərin işğal olunmuş Fələstin limanlarına (İsrail) keçməsinə qoyulan qadağanı pozub" - deyə o, qeyd edib.

Yəhya Seri bildirib ki, İsrailə məxsus MSC ORION gəmisi Hind okeanında çoxlu sayda İHA tərəfindən hədəf alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu