Pakistanın şimal-qərbində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər yaralanıb


Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 3 gündür davam edən güclü yağışlar nəticəsində 17 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.



Pakistanın rəsmi xəbər agentliyi olan Associated Press of Pakistanın (APP) verdiyi məlumata görə, Pakistan Regional Fəlakət İdarəetmə Təşkilatının (PDMA) açıqlamasında Hayber Paxtunxva əyalətində yağan güclü yağış səbəbindən 116 evin zərər gördüyü, bəzi yolların nəqliyyata bağlandığı qeyd edilib.

Açıqlamada 3 gündür davam edən şiddətli yağışlarda 5-i uşaq olmaqla 17 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilib.

Digər tərəfdən 148 baş iribuynuzlu heyvanın tələf olduğu bildirilib.

Açıqlamada leysan yağışlardan zərər çəkənlərə kömək etmək üçün təcili yardım qruplarının hadisə bölgəsində olduğu və qəzalı yollarda təmir işlərinə başlanıldığı qeyd edilib.

Açıqlamada yağışlardan zərər çəkənlərə ən qısa zamanda maddi dəstək vermələri ilə bağlı yerli hökumətlərə göstəriş verildiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu