Hindistanda qasırğa 7 nəfərin həyatına son qoyub


Hindistanın şimal-şərq ştatlarında fırtına və leysan yağışların səbəb olduğu qəzalarda 7 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.


"Hindustan Times"ın məlumatına görə, bazar günü gecə ölkənin şimal-şərq ştatlarında tufan və güclü yağış yağıb.

Assam Əyalət Fəlakət İdarəetmə Təşkilatı (ASDMA) 52 min 899 adama təsir edən fırtınanın yaratdığı fəlakət və qəzalarda 4 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

ASDMA ildırımın vurması nəticəsində 6 nəfərin yaralandığını bildirib.

Güclü külək nəticəsində ağacların və elektrik dirəklərinin kökündən qopduğu Tripura ştatında iki nəfər həyatını itirib.

Manipur ştatında 10 yaşlı uşaq ildırımın vurması nəticəsində ölüb.

Fırtınada yüzlərlə ev, bina və infrastruktura ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu