Hindistanda torpaq sürüşməsi nəticəsində10 nəfər öldü


Hindistanın qərbindəki Maharaştra ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb.


Hindustan Times-ın xəbərinə görə, ötən gecə ştatın Raigad rayonundakı 50 evlik kənddə 17 ev su altında qalıb. Torpaq sürüşməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, 75 nəfərin isə xilas edildiyini qeyd edən səlahiyyətlilər, çox sayda insanı xilas etmək üçün işlərin davam etdiyini bildirib.

Həftə boyu yağan leysan yağışların təsirli olduğu əyalətdə qatarların hərəkəti və yol hərəkəti pozulub.

Hindistan Meteorologiya Xidməti iyulun 16-da bildirib ki, cənub-qərb mussonunun güclü yağış dalğası bir çox ştatları vuracaq.

Ölkədə son iki həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayı 150-ni keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu