Çində torpaq sürüşməsi: 21 nəfər ölüb


Çinin şimalındakı Şensi əyalətinin mərkəzi Sian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.


Şian Fövqəladə Hallar İdarəsinin verdiyi açıqlamaya görə, cümə gecəsi başlayan selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib, 900 evin elektrik enerjisi kəsilib.

Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, 6 nəfər itkinin axtarışları davam edir.

İyul ayından bəri Çinin şimal əyalətləri "Doksuri" və "Xanun" tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.

Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu