Norveç Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyəti sərtləşdirir


Norveç Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri daha da sərtləşdirmək qərarına gəlib.


Ölkənin ədliyyə naziri Emilie Enger Mehl verdiyi yazılı açıqlamada Ukraynaya qarşı qeyri-qanuni müharibə səbəbilə Rusiya vətəndaşlarının ölkəyə girişi üçün viza prosedurunu sərtləşdirməyə qərar verdiklərini açıqlayıb.

Qərar çərçivəsində Norveçə turizm və ya prioritet olmayan səbəblərlə səyahət etmək istəyənlərin sərhədi keçməsinə icazə verilməyəcək, ancaq yaxın ailəsi bu ölkədə yaşayan, Norveç və ya Şengen üzvü ölkələrdə təhsil alan tələbələr bu qərardan çıxarılsın.

"Aftenposten" qəzetinin xəbərində kəşfiyyat və təhlükəsizlik təşkilatı PST-nin Rusiya ilə Norveç arasındakı yeganə keçid məntəqəsi olan Storskoq qəsəbəsindən ölkəyə daxil olan rusların kəşfiyyat məlumat toplama fəaliyyətlərinə qarışmasından narahat olduğu bildirilib.

PST Əks-casusluq Departamentinin rəhbəri İnter Haugland qeyd edib ki, o, Rusiyanın Ukraynanın müdafiə qabiliyyətini zəiflətmək üçün Avropa ölkələrində təxribat fəaliyyətinin Moskvanın xeyrinə olduğunu düşünür.

PST-nin risk qiymətləndirmə hesabatında Ukrayna üçün silah istehsal edən Norveç şirkətlərinə qarşı təxribat təhlükəsinin artdığına diqqət çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu