Putin ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib


Rusiya prezidenti Vladimir Putin Rusiyaya və ya Rusiya Mərkəzi Bankına dəymiş ziyanı kompensasiya etmək üçün ölkəsində ABŞ-a və ya ABŞ-a bağlı şirkət və şəxslərə məxsus aktivlərin istifadəsinə icazə verib.



Rusiya prezidenti Vladimir Putinin imzaladığı və Rusiyadakı ABŞ-a məxsus aktivlərə qarşı atılacaq addımları ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, ABŞ tərəfindən zərər görən hüquq sahibləri Rusiya məhkəmələrində iddia qaldıra, ABŞ-ın və ABŞ-a bağlı şirkətlərin və şəxslərin ölkədəki aktivləri müəyyən edilən zərərin ödənilməsi üçün istifadə edilə bilər.

Fərman hökumətə Rusiya Mərkəzi Bankına məxsus olanlar da daxil olmaqla, ABŞ-da dondurulmuş Rusiya aktivləri müqabilində Rusiyada istifadə oluna biləcək ABŞ aktivlərini müəyyən etmək səlahiyyəti verib.

Xatırladaq ki, ABŞ Senatı aprelin 24-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya göndərilməsini təsdiqləyib.

Qeyd edək ki, Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu