ABŞ-da quş qripi ikinci dəfə inəkdən insana keçib


ABŞ səhiyyə orqanları inəklər arasında geniş yayılan epidemiyadan sonra insanda ikinci quş qripi halının aşkar edildiyini açıqlayıb. İkinci hadisə birinci hadisədən bir neçə həftə sonra baş verib.



H5N1 adlı virusa yoluxmuş hər iki şəxs - birincisi Texasda, ikincisi Miçiqanda südçülük fermasının işçiləri olub. Rəsmilərin sözlərinə görə, hər iki səxsdə yoluxma yalnız kiçik simptomlarla müşahidə olunub və onlar sağalıblar.

İkinci infeksiyaya baxmayaraq ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ictimaiyyətə risk qiymətləndirməsinin aşağı olaraq qaldığını, lakin daha çox yoluxma halının gözlənildiyini deyib:

"Yoluxmuş inəklərdən alınan çiy süddə virusun yüksək səviyyəsini və süd verən inəklərdə bu virusun yayılma dərəcəsini nəzərə alaraq, əlavə oxşar yoluxma hadisələri aşkar edilə bilər".

Qeyd edək ki, son aylarda ABŞ-da südlük inəklərdə quş qripi aşkarlanıb, fermada pişiklərin çiy süd içməsi nəticəsində öldüyü, fermada çalışan bir şəxsin xəstəliyə tutulduğu bildirilib.

Mənbə: Sciencealert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu