ABŞ Liviyada müvəqqəti diplomatik nümayəndəlik açmağı planlaşdırır


ABŞ Liviyada Rusiyanın təsirinə qarşı çıxmaq üçün bu ölkədə müvəqqəti diplomatik nümayəndəlik açmağı planlaşdırır.


Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf deyib.

“Dövlət Departamentinin Liviyada müvəqqəti diplomatik obyekt yaratmaq planlarına dəstəyiniz Rusiyanın həmin ölkədə sabitliyi pozan təsiri artdıqca diplomatiyamızı genişləndirməyə imkan verəcək”, - deyə Leaf bildirib. O, belə bir diplomatik nümayəndəliyin nə vaxt açıla biləcəyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Liviyanın demokratik, sabit və vahid dövlətə keçidini dəstəkləməkdə davam edir.

Vaşinqton 2014-cü ildə Tripolidəki səfirliyini bağlayıb. Liviyadakı ABŞ vətəndaşlarına lazımi diplomatik yardımı Amerikanın Tunisdəki səfirliyi həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu