İti vurmamaq üçün manevr edən taksi özü qəzaya düşdü


Trabzonda ticarət taksi sürücüsü sahibsiz iti vurmamaq üçün manevr edərkən özü qəzaya düşüb. Onun idarə etdiyi avtomobil aşıb.


Əraklı rayonunda, sürücüsü hələ məlum olmayan ticarət taksisinin qarşısına sahibsiz it qəflətən çıxıb. Sürücü iti vurmamaq üçün manevr etsə də, özü qəzadan qurtula bilməyib.

Qəzanı görən ətrafdakı vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Qəzanın xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım alan yaralı taksi sürücüsü təcili yardımla xəstəxanaya aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu