Yuxulayan "Prius” sürücüsü işıq dirəyinə çırpıldı - FOTO


Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb.



AFN APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. O, sükana nəzarəti itirərək maşını yüksək sürətlə işıq dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində işıq dirəyi sıradan çıxıb. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu