Bakıda "Prius"lar qəza törətdi, xəsarət alanlar var - FOTO/VİDEO


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.



AFN APA-ya istinadən xəbər verir ki, qəza İzzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Mübariz Nəbiyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Həsənoğlu küçəsində düz istiqamətdə hərəkətdə olub. Bu zaman Təbriz küçəsi ilə hərəkətdə olan Rüfət Babayev idarə etdiyi “Toyota Prius”la yüksək sürətlə kəsişmədə M.Nəbiyevin nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində M.Nəbiyev ağır, R.Babayev isə nisbətən yüngül bədən xəsarətləri alıb. Yaralıları xəstəxanaya aparılması üçün əraziyə təcili tibbi yardım avtomobili gəlib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyatın hərəkətində çətinlik yaranmaması üçün tənzimləmə işləri aparıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu