Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törədib - FOTO


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.



AFN APA-ya istinadən xəbər verir ki, qəza Mehdi Mehdizadə ilə Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü işıqforun qırmızı işığında keçən zaman “Nissan” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən motosikletçi yıxılaraq başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törədib -







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu