Qəzaya düşən avtomobilin arxa oturacağında üzü örtülü qadın meyiti tapıldı - VİDEO


İstanbulun Sarıyer rayonunda sürücünün sükan idarəetməsini itirməsi nəticəsində yük maşını arxadan avtomobilə çırpılıb. Qəzadan sonra avtomobilin sürücüsü şoka düşüb. Hadisə yerinə gələn polis və vətəndaşlar avtomobilin arxa oturacağında üzü örtülü qadın meyiti aşkarlayıblar.


AFN.az HaberGlobala istinadən xəbər verir ki, qəza gecə saat 01.00 radələrində baş verib. İddiaya görə, nömrəsi və sürücüsü hələ öyrənilməyən avtomobili arxadan yük maşını vurub. Qəzada avtomobil yararsız hala düşüb və yaşlı sürücü dərin şok keçirib.
Vəziyyəti jandarma və sağlamlıq qruplarına xəbər verən vətəndaşlar avtomobilin sürücüsünü sakitləşdirməyə çalışıblar. Qısa müddətdə hadisə yerinə jandarma və sağlamlıq qrupları gəlib. Yolda təhlükəsizlik tədbirləri görülüb. Həmçinin sağlamlıq qrupları ilk müayinələrində qadının həyatını itirdiyini müəyyən ediblər. Sürücü müalicə almaq üçün xəstəxanaya aparılıb.
Hadisədən sonra işə başlayan jandarma qrupları qadının qəza zamanı və ya daha əvvəl öldüyünün tibb ekspertizasından sonra bəlli olacağını deyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu