BMT: Qəzzada yoluxucu xəstəliklər artır
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında yoluxucu xəstəliklərin artdığını açıqlayıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial media hesabında edilən açıqlamada Qəzzadakı vəziyyətlə bağlı məlumat verilib.
"Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yoluxucu xəstəliklərin, o cümlədən ishal və Hepatit A-ya şübhəli halların artdığını bildirib", - deyə məlumatda bildirilir.
Açıqlamada UNRWA-nın səhiyyə xidmətləri göstərməyə davam etdiyi qeyd edlib və məcburi köçkünlərin sığındığı sığınacaqlarda həddindən artıq sıxlığın və məcburi köçkünlük nəticəsində yaranan məhdud gigiyena şəraitinin ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb.
Bəyanatda Qəzzada atəşkəsə ciddi ehtiyac olduğu qeyd edilib.
Qəzza hökumətinin Media Bürosunun məlumatına görə, Qəzza zolağında məcburi köçkünlük səbəbindən 1 milyon 95 fələstinlidə yoluxucu xəstəliklər aşkarlanıb, təxminən 20 min Hepatit A qeydə alınıb.