BMT: "Təxminən 74 min fələstinli Qəzzada məktəblərə sığınıb"


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) oktyabrın 7-dən bu yana təxminən 74 min fələstinlinin Qəzza zolağındakı məktəblərə sığındığını açıqlayıb.



UNRWA İsrailin Qəzza zolağına hücumlarından zərər çəkənlərlə bağlı açıqlama verib.

Açıqlamada hadisələrin başladığı 7 oktyabrdan bu yana evlərini tərk edən təxminən 74 min fələstinlinin Qəzza zolağının müxtəlif bölgələrindəki 64 məktəbə sığındığı və bu sayın arta biləcəyinə diqqət çəkilib.

Açıqlamaya görə, Qəzza zolağında köçkün ailələrin yaşadığı məktəb İsrail tərəfindən bombalanıb.

Qəzza zolağının sərhəd bölgələri yaxınlığında və ya İsrailin intensiv hücumlarına məruz qalan ərazilərdə yaşayan fələstinlilər evlərini tərk edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu