İsrail Qəzza zolağının cənubundakı 500 mindən çox mülki vətəndaşdan ərazini tərk etmələrini istəyib


İsrail qüvvələri 500 mindən çox fələstinlini təhlükəsiz ərazi elan etdikdən sonra bombaladıqları Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki ərazini tərk etmələrini istəyib.


Bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) dərc etdiyi hesabatda bildirilir. Sənədə görə, İsrail hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yaşayan mülki şəxslərə bölgəni boşaltmağı əmr edib.

Hesabatda Xan Yunus şəhərində təxminən 88 mini şəhər sakini və 425 mini məcburi köçkün olmaqla ən azı 500 min fələstinlinin olduğu bildirilib və bölgədə bütün Qəzza zolağında fəaliyyət göstərən bir neçə xəstəxanadan üçünün olduğu xatırladılıb.

Xəbərdə İsrail qüvvələrinin hücumları və işğalı səbəbiylə didərgin düşmüş mülki şəxslərin şəhərdəki xəstəxanalara sığındığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu